Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Mayıl Qurbanovun xatirəsi anılıb

04 noyabr 2025 | 18:58
  Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qurbanov Mayıl Mayıs oğlunun xatirəsinə həsr olunmuş anım tədbirində iştirak edib. Tədbir şəhidin təhsil aldığı Xoşçobanlı kənd tam orta məktəbində keçirilib.
  Mərasimdən öncə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Daha sonra tədbir məktəbdə davam edib. Tədbirdə icra başçısı ilə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və şagird kollektivi, eləcə də kənd sakinləri iştirak ediblər.
   Tədbiri giriş sözü ilə açan icra başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhidin xatirəsi xalqımız üçün müqəddəsdir. O vurğulayıb ki, şəhid Mayıl Qurbanov kimi igidlər gənc nəsil üçün əsl qəhrəmanlıq nümunəsidir və onların göstərdiyi şücaət daim qürur mənbəyimiz olacaq. Qeyd edib ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsi hər zaman yaddaşlarda yaşayacaq, şəhid ailələrinin yanında olmaq isə bizim həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur.
   Digər çıxış edənlər şəhid Mayıl Qurbanovun göstərdiyi qəhrəmanlıqdan, onun Vətənə və torpağa olan sonsuz sədaqətindən danışıblar. Sonda məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndirib, şəhidin xatirəsinə həsr olunmuş kompozisiyalar təqdim ediblər.
 
 
   
 
 
Keçidlər