Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid kapitan Əsəd Həsənovun xatirəsi anılıb

01 oktyabr 2023 | 12:48
   Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də İmişli rayonunun Şahverdili kəndindən olan kapitan Həsənov Əsəd Fərhad oğludur. Bu gün şəhidimizin 3-cü ildönümü tamam olur və bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin ildönümü mərasimində iştirak ediblər. Mərasimdən əvvəl şəhidimizin məzarı ziyarət olunub, daha sonra yaşadığı rayonun Şahverdili kəndində ildönümü mərasimində iştirak edilib. Burada igid Vətən oğlunun ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan icra başçısı şəhidlik zirvəsinə ucalan İmişlinin igid oğullarının sırasında dayanan Əsədin təkcə İmişlidən olanların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin fəxr etdiyini bildirib.
 
Allah rəhmət eləsin!
Keçidlər