Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Əzizalıyev Seymur Teyyub oğlunun ikinci ildönümü qeyd olunub

20 sentyabr 2025 | 11:33
  2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olmuş Əzizalıyev Seymur Teyyub oğlunun ikinci ildönümü bu gün ailəsinin yaşadığı İmişli şəhərində qeyd edilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
  Mərasim iştirakçıları əvvəlcə şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbir diləyiblər. Şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, lokal antiterror tədbirləri zamanı göstərdiyi rəşadət vurğulanıb və əziz xatirəsi ehtiramla yad olunub. Tarixi ədalətin Azərbaycanın gücü və iradəsi ilə bərpa olunduğu qeyd edilib, Vətən Müharibəsi və antiterror əməliyyatlarında qəhrəman şəhidlərin xatirəsinin hər zaman ehtiramla anılacağı bildirilib. Şəhidimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.
   Allah rəhmət eləsin!
Keçidlər