İmişlidə şəhid Əlnur Gülalıyevin 6-cı ildönümü qeyd olunub
03 oktyabr 2026 | 13:11
Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlu Gülalıyev Əlnur Seymur oğlunun 6-cı ildönümü mərasimi ailə üzvlərinin yaşadığı İmişli rayonunun Xəlfəli kəndində qeyd olunub.
Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələri, şəhidimizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub və ailə üzvlərinə səbir dilənilib. Qeyd edilib ki, Azərbaycan xalqının qürur və fəxri olan şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək, illər keçsə də, qəhrəmanlarımız unudulmayacaq.
Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də hər zaman dövlət qayğısı ilə əhatə olunmalarına görə minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






