Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Əlnur Gülalıyevin 5-ci ildönümü qeyd olunub

03 oktyabr 2025 | 12:42
   Oktyabrın 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Xəlfəli kəndindən olan Vətən müharibəsi şəhidi əsgər Gülalıyev Əlnur Seymur oğlunun 5-ci ildönümü mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri də iştirak ediblər.
   Mərasim zamanı icra başçsısı şəhidimizin ailə üzvlərinə başsağlığı verib, Allahdan onlara səbir diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Həmçinin şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, əziz xatirəsi böyük ehtiramla yad edilib, xatirəsinin qəlblərdə əbədi yaşayacağı qeyd olunub.
Allah rəhmət eləsin!
Keçidlər