Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Əlnur Gülalıyevin 4-cü ildönümü qeyd olunub

03 oktyabr 2024 | 17:44
    Oktyabrın 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Xəlfəli kəndindən olan Vətən müharibəsi şəhidi əsgər Gülalıyev Əlnur Seymur oğlunun 4-cü ildönümü mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı RİH-nin məsul işçiləri, şəhid ailələri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri də iştirak ediblər. Mərasim zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçsısı şəhid ailəsi ilə səmimi söhbət zamanı bildirib ki, Vətən müharibəsində qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara əbədi həkk olunduğunu diqqətə çatdırıb. Həmçinin şəhid ailəsinin qayğı və ehtiyacları ilə maraqlanılıb, yaxınlarına dərin hüznlə başsağlığı verilib.
     Allah rəhmət eləsin!
Keçidlər