Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Elçin Heydərovun ailəsi ziyarət olunub

03 noyabr 2025 | 16:34
   Noyabrın 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Heydərov Elçin Ağamməd oğlunun ailəsini ziyarət edib. Ziyarətdə icra başçısı ilə yanaşı, şəhidin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon rəhbəri yas sahiblərinə İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb.
  Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailə üzvlərinin adından öz minnətdarlığını bildirib.
   Allah rəhmət eləsin!
Keçidlər