Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Alik Musayevin ailəsi ziyarət olunub

16 mart 2026 | 17:48
    Martın 16-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsi şəhidi Musayev Alik Rafik oğlunun ailəsini ziyarət edib. Ziyarətdə icra başçısı ilə yanaşı, şəhidimizin doğmaları, İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
   İcra başçısı ziyarət zamanı şəhidlərimizin əziz xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirərək tarixi torpaqlarımızın düşmən işğalından azad olunması, şanlı bayrağımızın müstəqil Azərbaycanın azad səmasında məğrurluqla dalğalanmasına görə qəhrəmanlarımıza əbədi borclu olduğumuzu bildirib. Prezident cənab İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğı ilə yanaşılması barədə verdiyi tapşırıqlara uyğun olaraq, şəhid ailələri və qazilərin sosial məsələlərinin həllinin prioritet olduğunu qeyd edən Elçin Rzayev bu istiqamətdə bütün addımların atıldığını bildirib.
    Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
     Qeyd edək ki, İmişli rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət olunur, onların qayğıları ilə maraqlanılır və həlli istiqamətində lazımi işlər görülür.
Keçidlər