Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid adını daşıyan növbəti küçə asfaltlanıb

26 dekabr 2024 | 10:25
    Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn sakinlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinin sosial problemlərinin həlli istiqamətində İmişli Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir. Belə ki, son zamanlar İmişli rayonunun avtomobil yollarında ənənə halını almış yenidənqurma işlərinin davamı olaraq Göbəktala kəndində şəhid Hüseynov Nurlan Madər oğlunun adını daşıyan küçədə yollara yeni asfalt örtük salınıb. Sözügedən yolda tikinti norma və standartlarına uyğun olaraq lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub, ardınca yeni asfalt örtüyü döşənib.
   Xatırladaq ki, bu cür infrastruktur layihələrinin həyata keçirilməsi, dövlətin şəhid ailələrinə göstərdiyi diqqətin bir göstəricisidir və onların sosial rifahının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hal-hazırda bu təşəbbüs digər kəndlərdə davam etdirilir.
Keçidlər