Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Abas Şahbazovun 5-ci ildönümü mərasimi qeyd olunub

06 oktyabr 2025 | 12:15
  Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, İmişli rayonunun Qulubəyli kəndindən olan Daxili Qoşunların çavuşu Şahbazov Abas Cavad oğlunun 5-ci ildönümü mərasimi qeyd olunub. Oktyabrın 6-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin ildönümü mərasimində iştirak ediblər. Mərasim zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onun Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, əziz xatirəsi dərin ehtiramla yad olunub və ruhuna dualar oxunulub. Şəhidimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını bildiriblər.
 
   Allah rəhmət eləsin!
Keçidlər