Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Abas Şahbazovun 4-cü ildönümü mərasimi qeyd olunub

06 oktyabr 2024 | 13:15
   Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, İmişli rayonunun Qulubəyli kəndindən olan çavuş Şahbazov Abas Cavad oğlunun 4-cü ildönümü mərasimi qeyd olunub. Oktyabrın 6-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin və rayonun hüquq-mühafizə orqanlarının məsul işçiləri şəhidimizin ildönümü mərasimində iştirak ediblər. Mərasim zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onun Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, əziz xatirəsi dərin ehtiramla yad olunub və ruhuna dualar oxunulub. Şəhidimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını bildiriblər.
     Allah rəhmət eləsin!
Keçidlər