Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhərdaxili avtomobil yollarında aparılan əsaslı təmir işləri davam etdirilir

20 iyul 2022 | 18:37
     İmişli şəhərinin Ə.Məmmədov küçəsinin avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri başa çatdırılıb. Sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Artıq bu problem tam olaraq aradan qaldırılaraq ümumilikdə uzunluğu 750 metr olan avtomobil yoluna 3000 kv. metr asfalt örtük qoyulub. Texnoloji ardıcıllığa uyğun aparılan yenidənqurma işləri ilə təbii ki, yolboyu vətəndaşların rahat gediş-gəlişi təmin olunub.
      Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.
 
       (Ə.Məmmədov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
 
 
 
Keçidlər