Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 illiyi qeyd olunub

13 fevral 2026 | 13:07
  Bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 ili tamam olur. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
   Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan güclü ordu quruculuğu strategiyası çərçivəsində müdafiə sisteminin bütün istiqamətlərinə, o cümlədən çağırış və səfərbərlik sahəsinə xüsusi diqqət yetirilib, möhkəm hüquqi və institusional baza formalaşdırılıb. Həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri kimi mövqeyini daha da möhkəmləndirib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə səfərbərlik və hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə idarəetmə mexanizmləri müasirləşdirilir, şəffaflıq artırılır, elektron xidmətlər genişləndirilir və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
   Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirərək ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verir. Xidmət gənclərin hərbi xidmətə hazırlanması və çağırış prosesinin qanunvericiliyə uyğun təşkili istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
   Dövlətin bu sahəyə göstərdiyi davamlı diqqət və qayğı nəticəsində səfərbərlik sistemi daha da təkmilləşir, milli təhlükəsizliyin etibarlı təmin olunmasına xidmət edən institusional mexanizmlər gücləndirilir.
Keçidlər