Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilib

09 iyul 2022 | 12:14

     İslam aləminin xeyirxahlıq və fədakarlıq rəmzi sayılan, ən əziz bayramlarından olan Qurban bayramı münasibətilə İmişli RİH-nin başçısı Elçin Rzayev, Aparatın məsul şəxsləri və YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev tərəfindən müqəddəs Qurban bayramı şəhid ailələri ilə birlikdə qeyd edilib. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri dərin ehtiramla anılıb, şəhidlərimizin ailələrinin qayğıları ilə maraqlanılıb və bayram münasibətilə ən xoş arzular dilənilib. Eyni zamanda şəhid valideynləri ilə səmimi söhbət zamanı azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb. Şəhid ailələri övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.  
     Əziz həmvətənlilər! Doğma İmişlililər! 
    Bildiyimiz kimi, Qurban bayramında müsəlmanlar Allaha yaxınlığın sevincini yaşayır və xeyirxah amallar uğrunda hazır olduqlarını nümayiş etdirirlər. Bu əlamətdar gün münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə can sağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
     Qurban bayramınız mübarək olsun!

Keçidlər