İmişlidə Qurban bayramı münasibətilə bayram sovqatları paylanılıb
06 iyun 2025 | 12:33
Bu gün Qurban bayramı ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatları təqdim olunub. Bayram münasibətilə RİH-nin, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə üzvləri şəhid və qazi ailələrini ziyarət edib, onların bayramlarını təbrik edərək gətirdikləri sovqatlarla ailələri sevindiriblər. Görüş zamanı dövlətin hər zaman onların yanında olduğu xüsusi vurğulanıb.
Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gün ərzində ümumilikdə 1100-ə yaxın ailəyə bayram sovqatı çatdırılıb. Bayram sovqatlarının paylanması zamanı aztəminatlı ailələrə xüsusi diqqət göstərilib və bu sosial dəstək aksiyası sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Bu əlamətdar gün münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından bir daha bütün sakinləri və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, hər bir ailəyə möhkəm cansağlığı, əmin-amanlıq və bol ruzi-bərəkət arzulayırıq. Qurban bayramınız mübarək olsun!