İmişlidə Qurban bayramı münasibəti ilə bayram sovqatları paylanılıb
09 iyul tarixində İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. RİH-nin, qəsəbə və kəndlərin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları, bələdiyyə üzvləri bayram münasibətilə şəhid və qazi ailələrinə baş çəkib, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər. Bayram payı alan şəhid, qazi və aztəminatlı ailələr tərəfindən bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunması dilənilib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olması arzulanılıb, dövlət başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Qeyd edək ki, ümumilikdə İmişli RİH tərəfindən Qurban bayramı ilə bağlı 255 şəhid və 210 qazi ailəsinə, eyni zamanda 400-dən artıq aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Bir daha bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ailələrinizə firavanlıq və süfrələrinizə xeyir-bərəkət arzulayırıq.
Bayramınız mübarək olsun!