Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Qurban bayramı münasibəti ilə 16.06.2024-cü il tarixdə bayram sovqatları paylanılıb

16 iyun 2024 | 15:57
   Azərbaycan xalqı artıq dördüncü ildir ki, qalib xalq kimi Qurban bayramını qələbə ab-havasında qarşılayır. İyunun 16-da İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. RİH-nin, şəhər, qəsəbə və kəndlərin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları, bələdiyyə üzvləri bayram münasibətilə şəhid və qazi ailələrinə baş çəkib, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər. Ziyarət olunan ailələr Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyib, övladlarının xatirələrinin yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətimizin başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər. Qeyd edək ki, ümumilikdə İmişli RİH tərəfindən Qurban bayramı ilə bağlı 1000-dən çox ailəyə bayram sovqatı paylanılıb.
  Əziz həmvətənlilər!
  Doğma İmişlililər!
   Bu əlamətdar gün münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə can sağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
  Qurban bayramınız mübarək olsun!
 
 
 
 
 
Keçidlər