İmişlidə Qurban bayramı ərəfəsində şəhid ailələrini ziyarət edilib
İslam aləminin xeyirxahlıq və fədakarlıq rəmzi sayılan, ən əziz bayramlarından olan Qurban bayramı münasibətilə 04-05 iyun tarixlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid ailələrini evlərində ziyarət edib. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri dərin ehtiramla anılıb, şəhidlərimizin ailələrinin qayğıları ilə maraqlanılıb və Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb. Eyni zamanda şəhid valideynləri ilə səmimi söhbət zamanı azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb. Şəhid ailələri övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.