Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə qanunsuz tikililər sökülüb

08 dekabr 2023 | 15:29

   Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Görülən tədbirlər çərçivəsində İmişli rayonunun Oruclu kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz tikili sökülüb.

Keçidlər