Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə qanunsuz fəaliyyət göstərən karxanalarla bağlı mütəmadi tədbirlər görülür

14 mart 2025 | 13:02
    Bildiririk ki, İmişli rayonu ərazisində Araz çayının məcrasında və sanitar mühafizə zonasında yerləşən, çayın təbii axınına mənfi təsir göstərən, eyni zamanda gələcəkdə təbii fəlakət və digər təhlükəli hadisələrin qarşısının alınmasına maneə törədən obyektlərin tikintisinin qarşısının alınması və belə mövcud obyektlərin ləğv edilərək ərazidən götürülməsi üçün qanunvericiliyin tələblərinə uyğun İmişli Rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl olaraq zəruri tədbirlər görülməkdədir. Belə ki, İmişli rayonu ərazisində mövcud olan “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında istismar işləri aparan qum-çınqıl karxanalarının fəaliyyəti monitorinqlər aparmaqla daim nəzarətdə saxlanılır. Qanunsuz fəaliyyət göstərən karxanalar haqqında müvafiq tədbirlər görülməsi məqsədilə növbəti monitorinq 13.03.2025-ci il tarixdə yenidən aparılmış və 16 karxananın Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və “Yerin təki” haqqında Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq sənədləri olmadan əraziləri özbaşına zəbt etməklə qanunsuz fəaliyyət göstərməsi müəyyən edilmişdir. Qanunsuz fəaliyyət göstərən karxanalar barədə qanunamüvafiq tədbirlər görülməsi üçün İmişli Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası FHN-nin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, İmişli Rayon Polis Şöbəsinə və İmişli Rayon Prokurorluğuna məktublar göndərilmişdir.
     Hazırda da qum-çınqıl çıxarılması prosesində qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
Keçidlər