Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Qalınlığı 15-50 mikron olan yüngülçəkili polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və onların satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməsi" mövzusu ilə bağlı maarifləndirmə tədbiri keçirilib

24 iyun 2022 | 16:25

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 24.06.2022-ci il tarixində İmişli rayon Heydər Əliyev Mərkəzində “Qalınlığı 15-50 mikron olan yüngülçəkili polietilen torbaların istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməsi və onların satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməsi" mövzusu ilə bağlı maarifləndirmə tədbiri keçirilib.   

Tədbirdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri RİH-in nümayəndəsi Rüfət Muradov açıq elan edərək, çıxış üçün 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Səbuhi Şərifova, İmişli rayon Cəfərli bələdiyyəsinin sədri Cəlal Cəbrayılova, İmişli RİH başçısının Sarıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İkram Muradova söz verib. Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

Keçidlər