Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Qadın izi tarixdə və gələcəkdə” adlı tədbir keçirilib

07 mart 2025 | 17:40

   Martın 4-də İmişli şəhərinin 7 saylı tam orta məktəbində “Qadın izi tarixdə və gələcəkdə” adlı tədbir baş tutub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin, rayon Təhsil Sektorunun məsul əməkdaşları, rayon üzrə müxtəlif məktəblərin direktorları, müəllim və şagirdlər iştirak ediblər. Çıxış edənlər tədbirin əsas məqsədinin qızları və gənc qadınları elmi sahələrə təşviq etmək, onların uğurlarını vurğulamaq və bu istiqamətdəki çağırışları müzakirə etməkdən ibarət olduğunu qeyd ediblər. Rəsmi hissədən sonra tədbir müxtəlif məktəblərin qızlarının çıxışları, rəqs və ifaları ilə davam etdirilib.

Keçidlər