İmişlidə Prezident İlham Əliyevin doğum günü ərəfəsində ağacəkmə aksiyası keçirilib
23 dekabr 2025 | 19:33
İmişli rayonunda Prezident cənab İlham Əliyevin doğum günü ərəfəsində ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və digər rəsmi şəxslər də iştirak ediblər. İmişli RİH-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində İmişli şəhərinin Nəcməddin Savalanov küçəsinin hər iki istiqamətində — sağ və sol hissələrində ümumilikdə 750-dən çox müxtəlif növ ağac, o cümlədən dekorativ tinglər İmişli MKTİB işçilərinin iştirakı ilə əkilib. Ağacların seçimi və əkini zamanı ərazinin landşaft xüsusiyyətləri, torpaq örtüyü, eləcə də iqlim şəraiti nəzərə alınmış, əkin prosesi zamanı agrotexniki qaydalara riayət edilmişdir.
Qeyd edək ki, bu cür tədbirlər rayon ərazisində yaşıllıq sahələrinin artırılmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.

































