Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Polis günü qeyd olunub

30 iyun 2023 | 12:01
   Bu gün İmişli rayonunda “Azərbaycan Polisi Günü” münasibətilə tədbir keçirilib. İmişli rayon Polis Şöbəsinin inzibati binasında baş tutan tədbirdə RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.
   Öncə Milli Qəhrəman İmamverdi Əliyevin rayon Polis şöbəsi binasının önündəki büstü ziyarət edilərək gül-çiçək dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib. Tədbir Birinci Qarabağ və Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızın xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İmişli rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev çıxış edərək hüquq-mühafizə orqanlarına göstərdiyi dəstəyə, diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, bundan sonra da sədaqətlə xidmət edəcəklərini, səmərəli fəaliyyət göstərəcəklərini, həmçinin polis adını şərəflə qoruyacaqlarını vurğulayıb. İmişli RİH başçısı Elçin Rzayev və digər natiqlər Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildiriblər. Qeyd olunub ki, Polis yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etmiş, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən gəlmiş, polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək öz şərəfli missiyasını layiqincə yerinə yetirmişlər.
   Tədbirin sonunda Polis günü münasibətilə bütün Azərbaycan polisləri, o cümlədən rayon Polis şöbəsinin əməkdaşları bir daha təbrik edilib, onlara möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulanıb.
Keçidlər