Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə piyada səkilərində yenidənqurma işləri aparılır

24 oktyabr 2022 | 15:58
     Son dövrdə İmişli şəhərinin küçə və məhəllələrində mütəmadi aparılan abadlıq-quruculuq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Görülən işlər çərçivəsində hal-hazırda məktəbə yaxın, eyni zamanda əhalinin kompakt yaşayış massivində gediş-gəlişin çox olduğu nəzərə alınaraq şəhərin Tofiq İsmayılov küçəsindəki səkilərdə genişmiqyaslı təmir-bərpa işlərinə başlanılıb. Belə ki, layihə üzrə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilərə yeni səki daşları düzülüb, normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilib. Qeyd olunan ərazidə abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir və görülən işlər şəhərin şəhid Cavid Dədəkişiyevin adını daşıyan küçəsində davam etdirilir.
     Qeyd edək ki, bu tədbirlərin icrası sözügedən ərazidə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.
Keçidlər