Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə pambıq yığımı öncəsi şirkət nümayəndələri ilə görüş keçirilib

18 sentyabr 2025 | 18:43
  Sentyabrın 18-də İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında pambıq əkini ilə məşğul olan şirkətlərin nümayəndələri ilə pambıq yığımı öncəsi görüş təşkil olunub. Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayon ərazisində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, pambıq əkini çoxluq təşkil edən kəndlərin icra nümayəndələri və fermerlər iştirak ediblər.
  Görüş zamanı icra başçısı iştirakçıları salamlayaraq bildirib ki, Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin aqrar siyasətini uğurla davam etdirir və bu diqqət nəticəsində, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi qayğı sayəsində rayonumuzda bu sahədə mühüm nailiyyətlər əldə olunub. O vurğulayıb ki, bu il rayon üzrə 7898,9 hektar sahədə pambıq əkini aparılıb və sahələrdə yüksək məhsuldarlıq müşahidə olunur. Qeyd edib ki, qarşıdakı əsas məqsəd pambıq məhsulunun operativ, itkisiz və keyfiyyətli şəkildə yığılıb məntəqələrə çatdırılmasıdır. Bu məqsədlə gündəlik yığım qrafiklərinin hazırlanması, sahələrdə işlərin vaxtında təşkili, eyni zamanda fermerlər arasında ədalət prinsipinin qorunması kimi vacib məsələləri önə çəkib. Həmçinin pambıqçılığın yalnız iqtisadi gəlir deyil, həm də kənd təsərrüfatının inkişafında mühüm strateji sahə olduğunu diqqətə çatdırıb. “Bizim əsas vəzifəmiz pambığın vaxtında, itkisiz və bol məhsuldarlıqla yığılmasını təmin etmək, fermerlərin əməyinin qarşılığını tam şəkildə almalarına şərait yaratmaqdır”, – deyə icra başçısı qeyd edib.
   Toplantı zamanı çıxış edən aidiyyəti şirkət nümayəndələri icra başçısına pambıq yığımı ilə əlaqədar görülmüş hazırlıq işləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məhsulun operativ, itkisiz və vaxtında yığılıb məntəqələrə çatdırılması məqsədilə kombaynlara və traktorlara texniki baxış keçirilib, nasaz texnikaların təmiri tamamlanıb. Yığım zamanı hər hansı nasazlığın dərhal aradan qaldırılması üçün operativ təmir briqadaları yaradılıb. Qeyd olunub ki, sahələrdə defolyasiya işləri tamamlandıqdan sonra pambıqyığan kombaynlarla məhsulun kütləvi şəkildə yığımına başlanılacaq və hazırda sahələrdə məhsul yetişib, artıq pambığın əl yığımı ilə toplanmasına başlanılıb.
Keçidlər