Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Ölməz qəhrəmanlar” adlı tədbir keçirilib

05 aprel 2024 | 17:07
  Aprelin 5-də İmişli Rayon Heydər Əliyev Mərkəzində aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın xatirələrinə həsr olunmuş “Ölməz qəhrəmanlar” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
  Çıxışlar zamanı qeyd olunub ki, məhz Aprel döyüşlərinin təcrübəsini ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Bu gün hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər, filmlər, əsərlər və onların adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımlar şəhidərimizin ruhuna, onların doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın aydın ifadəsidir. Sonra Aprel şəhidlərinə həsr olunmuş videoçarx və Mədəniyyət işçilərinin ifalarında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şagirdlərin ifalarında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Keçidlər