Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə növbəti səyyar qəbul Sarıxanlı kəndində keçirilib

11 may 2022 | 09:10

İmişli rayonunda bu gün əhalinin problemlərinin yerində həll olunması məqsədilə RİH başçısı Elçin Rzayev tərəfindən rayonun Sarıxanlı kənd sakinləri ilə səyyar qəbul-görüş  keçirilib. Səyyar görüşdə icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda RİH başçısı kənd sakinlərini salamlayaraq görüşün əsas məqsədinin vətəndaşları narahat edən məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. İcra başçısı həmçinin ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib. Sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərə aydınlıq gətirilərək  həlli mümkün müraciətlər yerindəcə həll edilib, icra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə edilib.

Sonda kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər