Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə növbəti səyyar qəbul Murğuzalılı kəndində keçirilib

08 iyun 2022 | 15:11

İmişli rayonunda əhalinin problemlərinin yerində həll olunması məqsədilə bu gün RİH başçısı Elçin Rzayev tərəfindən rayonun Murğuzalılı kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib. Səyyar görüşdə icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbuldan öncə Elçin Rzayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticələrini sadalayaraq əldə olunan uğurların xalqımızın xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Murğuzalılı kəndində keçirilən hazırki səyyar-görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə əhali ilə təmasın daha sıx şəkildə qurulmasına dair qarşıya qoyduğu tələb və göstərişlərin daha bir bariz nümunəsidir. Ölkə rəhbərinin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafına dair irəli sürülmüş Dövlət Proqramlarının uğurla həyata keçirilməsi Respublikamızın daim tərəqqi etməsinə, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən başlıca amillərdəndir. Odur ki, biz də həmin proqramda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizi sərf etməliyik.

Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.

Keçidlər