Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə növbəti səyyar qəbul Muradalılı kəndində keçirilib

24 may 2022 | 09:31

24 may 2022-ci il tarixdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Muradalılı kəndində vətəndaşlarla görüş keçirib. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbuldan öncə RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticələrini sadalayaraq əldə olunan uğurların xalqımızın xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Sonra vətəndaşların müraciətləri dinlənilib.Vətəndaşları diqqətlə dinləyən RİH başçısı onların çoxsaylı suallarını və müraciətlərini cavablandıraraq bəzi məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlərini, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunması ilə bağlı tapşırıqlarını verib.

Səyyar qəbul-görüşdən razılıq edən sakinlər, xalqımızın sülh və əminamanlıq şəraitində yaşayışının təmin olunmasından məmnun olduqlarını qeyd ediblər və əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər