Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə növbəti iməclik 14.03.2025-ci il tarixdə baş tutub

14 mart 2025 | 14:25

     Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq bu gün İmişli şəhəri ərazisində iməclik təşkil olunub. İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan iməclik ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi və ərazinin gözəlləşməsi məqsədilə həyata keçirilib. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri iştirak ediblər. İməclik zamanı işçi qruplarına istiqamətlər verilərək, ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib. Bununla yanaşı küləyin təsiri ilə ərazilərə səpələnən müxtəlif məişət tullantıları nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.

Keçidlər