İmişlidə növbəti iməclik 04.04.2025-ci il tarixdə baş tutub
04 aprel 2025 | 15:26
Aprelin 4-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq İmişli şəhəri ərazisində növbəti iməclik təşkil olunub. İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan iməclik ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi və ərazinin gözəlləşməsi məqsədilə həyata keçirilib. İməclik zamanı işçi qruplarına istiqamətlər verilərək, ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib. Bununla yanaşı küləyin təsiri ilə ərazilərə səpələnən müxtəlif məişət tullantıları nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.