İmişlidə növbəti iməcilik 26.07.2025-ci il tarixində baş tutub
26 iyul 2025 | 16:07
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə İmişli şəhərinin Zəfər prospektində iməcilik təşkil olunub. İməcilik zamanı ərazi və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, eyni zamanda digər abadlıq işləri görülüb. Bununla yanaşı, küləyin təsiri ilə ətrafa səpələnmiş müxtəlif məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb. Tədbirin keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitə mənfi təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, həmçinin insanların ətraf mühitin mühafizəsinə münasibətinin dəyişdirilməsi yolu ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunun artırılması və bu sahədə ictimaiyyətlə əməkdaşlığın gücləndirilməsidir.
Qeyd edək ki, il ərzində İmişli şəhərində abadlıq və ekoloji tədbirlərlə bağlı iməciliklər davam etdiriləcək.






