Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə növbəti iməcilik 21.11.2025-ci il tarixdə baş tutub

22 noyabr 2025 | 21:13

   Noyabrın 21-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq İmişli şəhərinin Mugan kücəsi, General Şıxlınski və Şıxalı Qurbanov küçələrində iməcilik təşkil olunub. İməcilik ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi və ərazinin gözəlləşməsi məqsədilə həyata keçirilib. İməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri iştirak ediblər. Ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, eyni zamanda digər abadlıq işləri görülüb. Bununla yanaşı küləyin təsiri ilə ərazilərə səpələnən kağız, sellofan torba və plastik butulka kimi məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb. Ərazilərdən çıxarılan məişət tullantıları xüsusi təyinatlı texnikalar vasitəsilə daşınıb.
    Qeyd edək ki, il ərzində İmişli şəhərində iməcliklər davamlı olaraq həyata keçiriləcəkdir.

Keçidlər