İmişlidə növbəti əmək yarmarkası keçirilib
05 dekabr 2023 | 19:04
Bu gün İmişli şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası keçirilib. Dövlət və özəl sektordan olan 10 işəgötürənin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə 70 vakansiya təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən tərcümeyi-halları qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Bundan başqa yarmarkada karyera məsləhətçiləri tərəfindən işsiz və işaxtaran şəxslərə karyera məsləhəti xidməti göstərilib.
İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında baş tutan əmək yarmarkası ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tanış olub və işsiz, işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması, bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, işəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib.