Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə növbəti asfaltlaşma işləri Q.Əliyev küçəsində aparılıb

19 sentyabr 2023 | 12:26

    İmişli şəhərində şəhidimiz Qamət Əliyevin adını daşıyan küçənin avtomobil yolları uzun illər təmirsiz istismar olunduğundan və təbii faktorların təsirindən deformasiyaya uğramış və dağılmışdı. Bu isə payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Artıq sözügedən problem öz həllini tapıb. Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində Q.Əliyev küçəsinin avtomobil yollarında əsaslı təmir işləri aparılıb. Görülən işlər zamanı yolun hərəkət hissəsinə yararlı qrunt tökülüb, xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib və yola qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılıb. Bundan sonra "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib. Beləliklə, avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırıb və avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.

(Q.Əliyev küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

Keçidlər