İmişlidə “Narkomaniya və QİÇS əleyhinə mübarizə istiqamətində tədbirlərin təşkili” və “İnsan Alverinə Qarşı İctimai Fəallığın Artırılması” mövzusunda seminar keçirilib
16 oktyabr 2023 | 09:57
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən 14.10.2023-cü il tarixdə İmişli rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Region gəncləri arasında narkomaniya və QİÇS əleyhinə mübarizə istiqamətində tədbirlərin təşkili” və “Ucqar Regionlarda İnsan Alverinə Qarşı İctimai Fəallığın Artırılması” mövzusunda seminar keçirilib. Seminar zamanı İmişli rayonundan olan fəal iştirakçılar arasında narkomaniya, QİÇS əleyhinə, insan alveri haqqında və insan alveri əleyhinə maarifləndirmə işləri aparılıb. Həmçinin narkomaniya, QİÇS-in nə olduğu, necə yayılması barədə, insan alveri probleminin nə qədər ciddi olması barədə ətraflı məlumat verilib. Bununla yanaşı iştirakçılara Respublika QİÇS-lə mübarizə mərkəzi haqqında, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan “Qaynar xətt” (tel: 152 və 562-21-12) haqqında məlumat verilib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdırılıb.