Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Muğanda kino günləri” layihəsi çərçivəsində filmlər nümayiş olunub

21 oktyabr 2024 | 20:02
   Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Muğanda kino günləri” layihəsi çərçivəsində "Mən burdayam, ilahi" tammetrajlı bədii filmi və “Titrəmə”, ”Evsiz qalmış ay” qısametrajlı sənədli filmləri nümayiş olunub. Tədbirdə İmişli RİH-nin məsul əməkdaşları, Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi, layihənin icraçı produseri İntiqam Hacılı, Füzuli Dövlət Dram Teatrının rejissoru Nicat Mirzə və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
  Layihənin icraçı produseri İntiqam Hacılı çıxış edərək filmlər haqqında məlumat verib. Bildirib ki, filmlərin ssenarisi qəhrəman zabit və əsgər heyətinin 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Daha sonra filmlər nümayiş olunub. Nümayiş olunan filmlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanılıb.
Keçidlər