Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi hüquqi dəstək mövzusunda tədbir keçirib

18 aprel 2023 | 19:20
  Bu gün YAP İmişli rayon təşkilatının inzibati binasının akt zalında “Şəhid ailələrinin və muharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindədir” mövzusunda tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının , “Müasir İnsan resurslarının İnkişafı” İctimai Birliyinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
  Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, sağlamlığını itirən qazilərimizin, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimizin heç vaxt unudulmayacağı vurğulanılıb. Bildirilib ki, layihəni həyata keçirməkdə əsas məqsəd Prezident cənab İlham Əliyevin sosial siyasətinə ictimai, hüquqi dəstək göstərməkdir. Həmçinin İctimai Birlik tərəfindən keçirilən hüquqi maarifləndirmə tədbirinin daha da faydalı olması üçün şəhid ailələrinə və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça təqdim edilib. Sözügedən layihənin icra planına uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 Vəkil Bürosunun vəkilləri İmişli rayonunda şəhid ailələrinin və müharibə iştirakçılarını narahat edən sosial, hüquqi problemlərə kömək olmaq məqsədilə hüquqi maarifləndirmə işləri aparıb müxtəlif mövzular ətrafında müzakirələr olunub, suallar cavablandırılıb.
 
Keçidlər