Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Milli Qurtuluş Günü münasibəti ilə futbol üzrə rayon birinciliyinə start verilib

10 iyun 2022 | 15:21

İmişli rayonunda Milli Qurtuluş günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Rayonda bu əlamətdar gün münasibəti ilə futbol üzrə rayon birinciliyinə start verilib. YAP İmişli rayon təşkilatının, İmişli rayon Gənclər və İdman İdarəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin və İmişli Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 2010-2011-ci il təvəllüdlü məktəblilər qüvvələrini sınayırlar.

Yarışların açılış mərasimində çıxış edən İmişli Uşaq Gənclər Şahmat məktəbinin direktoru Akşin Mürsəlov bildirib ki, 120 məktəblidən formalaşan 12 komandanın iştirakı ilə keçiriləcək yarışın 5 gün davam edəcəyini diqqətə çatdırıb. O, final oyununun iyun ayının 14-də təşkil ediləcəyini qeyd edib. YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev müstəqillik salnaməsində mühüm rol oynayan əlamətdar Milli Qurtuluş Günü və tarixi barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edilib ki, həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ölkəmizi böyük fəlakətlərdən qurtarıb. Daha sonra çıxış edənlər Milli Qurtuluş günü ilə bağlı fikirlərini bölüşüblər. 

Keçidlər