Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

22 iyul 2023 | 12:15

   İyulun 22-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində rayon ərazisində, həmçinin respublikanın müxtəlif media qurumlarında fəaliyyət göstərən nümayəndələrin iştirakı ilə Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev əvvəlcə mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı arzulayıb. Bildirib ki, bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 148 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş 22 iyul 1875-ci ildə işıq üzü görmüş "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. İcra başçısı həmçinin mətbuatın ictimai-siyasi həyatın güzgüsü olduğunu vurğulayıb, Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğının onun layiqli varisi prezident cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında Azərbaycan mediasının “Əkinçi” ənənələrini yaşatdığını və müasir dövr Azərbaycan mediasının ölkənin inkişafındakı müstəsna rolunu qeyd edib. Tədbirdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların rayonun sosial-iqtisadi inkişafı ilə bağlı təklifləri müzakirə edilib. Sonra bir qrup media nümayəndəsinə qiymətli hədiyyələr təqdim olunub. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Keçidlər