Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Memarlıq və Şəhərsalma İli”-nə həsr olunmuş “Şəhərsalma ili: gələcək və inkişaf” mövzusunda tədbir keçirilib

05 iyun 2026 | 14:21
     İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma ili: gələcək və inkişaf” mövzusunda tədbir keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
     İştirakçılar əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Giriş nitqi ilə çıxış edən icra başçısı bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizdə şəhərsalma və memarlıq sahəsinə göstərilən yüksək diqqətin bariz nümunəsidir. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası bugün ölkə başçısının rəhbərliyi ilə uğurla davam etdirilir, ölkəmizin bütün bölgələrində, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri Azərbaycanın qüdrətini və gələcəyə hesablanmış inkişaf siyasətini nümayiş etdirir. O, həmçinin 5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onların ölkənin aqrar inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına verdikləri töhfələri yüksək qiymətləndirib.
    YAP İmişli rayon təşkilatının sədri çıxışında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihələrin ölkəmizin sosial-iqtisadi inkişafına və müasir yaşayış mühitinin formalaşmasına töhfə verdiyini bildirib, gəncləri bu proseslərdə fəal olmağa çağırıb. Digər çıxış edənlər də mövzu ətrafında fikirlərini bölüşərək ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin, yeni yaşayış və sosial infrastruktur layihələrinin Azərbaycanın davamlı inkişafına xidmət etdiyini qeyd ediblər.
    Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya biletləri təqdim edilib. Tədbir iştirakçıları ölkəmizin gələcək inkişafına xidmət edən şəhərsalma və memarlıq siyasətinin uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
 
 
 
Keçidlər