Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə məişət zorakılığına qarşı maarifləndirmə tədbiri keçirilib

10 aprel 2026 | 10:29

    İmişli Rayon İcra Hakimiyyəti məişət zorakılığının qarşısının alınması, cəmiyyətdə bu sahədə maarifləndirmənin gücləndirilməsi və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində növbəti tədbirini həyata keçirib. Rayon ərazisində təşkil olunan aksiya çərçivəsində vətəndaşlar arasında genişmiqyaslı sorğu keçirilib, eyni zamanda məişət zorakılığı ilə mübarizənin hüquqi və sosial aspektlərini əhatə edən maarifləndirici broşürlər paylanılıb.
    Tədbirin əsas məqsədi vətəndaşların məişət zorakılığına münasibətini öyrənmək, mövcud problemlərin ictimaiyyət tərəfindən necə qəbul edildiyini qiymətləndirmək və əhalinin bu sahədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarət olub. İcra Hakimiyyətinin əməkdaşları sorğu iştirakçılarına məişət zorakılığı hallarında müraciət ediləcək müvafiq qurumlar, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və dövlət tərəfindən göstərilən dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər.
    Vətəndaşlara təqdim olunan broşürlərdə zorakılığın hər hansı formasına qarşı dözümlü yanaşmamağın vacibliyi vurğulanıb, bu cür hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. İmişli Rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə maarifləndirmə işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər