Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə mart ayında nəzərdə tutulan birinci səyyar qəbul Muradxanlı kəndində keçirilib

01 mart 2023 | 18:11
  Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən Muradxanlı kənd tam orta məktəbində rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.
  İcra başçısı kənd sakinlərini salamladıqdan sonra bildirib ki, hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşlara layiqli xidmət göstərmək, vətəndaş məmnunluğunu təmin etməkdir və bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını vurğulayıb. Sonra səyyar qəbulda sakinlərin müraciət və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib və nəzarətə götürülməklə baxılması üçün müvafiq tapşırıqlar verilib.
Keçidlər