Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim və səyyar vətəndaş qəbulu keçirilib

20 dekabr 2023 | 15:48
  Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə dekabrın 19-da İmişli Rayon Heydər Əliyev Mərkəzində “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim və səyyar vətəndaş qəbulu keçirilib. Təlimdə gənclərə ənənəvi təlim üsullarını müasir formatda təklif edən Mərkəzi Bankın Virtual Təhsil Platforması vasitəsilə iqtisadiyyat, maliyyə-bank, sığorta, vergilər, statistika və s. sahələr üzrə öz bilik və bacarığını inkişaf etdirmək istəyənlərə dəstək olaraq keçirilən ödənişsiz kurslar haqqında ətraflı məlumat verilib. Azərbaycan, rus və ingilis dillərində təklif edilən və əhalinin müxtəlif hədəf qruplarını əhatə edən bu platformada, həmçinin uşaqlar üçün də müvafiq kursların təşkil olunduğu bildirilib. Platformadan istifadə qaydaları izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
  Eyni gündə təşkil olunan səyyar qəbul zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilib, hər birinin qeydiyyatı aparılıb, sakinlərə məsləhət xidməti göstərilərək, bu sahədə əlavə maarifləndirici məlumatlar verilib.
Keçidlər