Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə lokal antiterror əməliyyatları zamanı şəhid olan igidlərimizin təltif olunduqları orden və medallar ailələrinə təqdim edilib

27 dekabr 2023 | 16:33
   Dekabrın 27-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri lokal antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Əzizalıyev Seymur Teyyub oğlunun və Babaşov Ucal Nərbala oğlununun ailə üzvlərini ziyarət ediblər.
  Ziyarət zamanı şəhidlərimizin döyüşlərdə göstərdikləri igidliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən təltif olunduqları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, eyni zamanda “Vətən uğrunda” medalı ailə üzvlərinə təqdim edilib. Bununla yanaşı şəhidlərimizin ailələrinin qayğıları ilə maraqlanılıb, 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğu qeyd edilib. Bildirilib ki, 19 sentyabrda başlanan və 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Tarixi ədalətin Azərbaycanın gücü və dəmir iradəsi ilə bərpa olunduğunu diqqətə çatdıran icra başçısı Vətən Müharibəsi və antiterror tədbirləri zamanı bizlərə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiram və minnətdarlıqla anılacağını, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıb. Şəhidlərimizin ailə üzvləri dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
 
Keçidlər