Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı ”nın 1.7 nömrəli tapşırığının icrası ilə bağlı müşavirə keçirilib

17 noyabr 2023 | 09:42

   İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında korrupsiya və rüşvət kimi neqativ hallara qarşı mübarizə, həyata keçirilən profilaktik tədbirlər mövzusunda geniş tərkibli müşavirə keçirilib. Müzakirələrdə yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi, yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, haqqı ödənilən ictimai işlərə cəlbolunma ilə bağlı müraciətlərin qəbulu və baxılma prosedurlarının elektronlaşdırılması və digər məsələlər ətraflı şərh edilib. Qeyd edilib ki, ölkə başçısının hər bir rəhbər şəxs qarşısında qoyduğu əsas tələb vətəndaşa xidmət, rüşvət və korrupsiya hallarına qarşı isə barışmaz mövqe tutmaqdır. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə aparılan maarifləndirici tədbirlərin qabaqlayıcı əhəmiyyətindən bəhs edilib. Tədbirin sonunda baş verən hər bir neqativ halın cəmiyyət tərəfindən hər zaman xoşagəlməz hal kimi qarşılandığı diqqətə çatdırılıb.

Keçidlər