Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir

21 aprel 2023 | 12:31

   İmişlidə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanları işçilərinin, QHT nümayəndələrinin, bələdiyyə sədrlərinin və sakinlərin iştirakı ilə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı tədbirlər keçirilmişdir. Tədbir zamanı bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları)  arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə imkan yaradır. Həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter almasını, ictimai müzakirələrin təşkil edilməsinin, eləcə də tibb və təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılmasının vacib olduğunu vurğulanaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və zəruri tədbirlərin davam etdirilməsi bildirilmişdir. Eyni zamanda qeyd olunub ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır. Tədbirin sonunda müəssisələrin rəhbər və əməkdaşlarına bu istiqamətdə işlərində diqqətli olmaları və şəffaf fəaliyyətə üstünlük vermələri tapşırılıb. 

Keçidlər