İmişlidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
07 mart 2025 | 18:08
Bu gün İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi "Tədbirlər Planı"na uyğun olaraq ağacəkmə aksiyası keçirilib. İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, MKTİB-nin əməkdaşları və sakinlər iştirak ediblər. Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən aksiyanın məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Həyata keçirilən aksiya zamanı ərazidə 800-dən artıq şam ağacı əkilib, yeni əkilən tinglər suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib və ərazidə müvafiq abadlıq işləri aparılıb.





