Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub

31 oktyabr 2025 | 11:42
  1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” münasibətilə İmişli rayonunda tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən pambıq emalı zavodlarının rəhbərləri, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi liderin xatirəsini ehtiramla yad ediblər. Daha sonra mərasim Ulu Öndərin adını daşıyan mərkəzdə davam edib.
   Giriş nitqi ilə çıxış edən icra başçısı kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının strateji sahələrindən biri olmaqla, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac imkanlarının genişlənməsi və bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyi müasir idarəetmə və istehsal mexanizmlərinin formalaşmasına şərait yaradıb. Görülən tədbirlər sayəsində İmişli rayonunda da taxılçılıq, pambıqçılıq, heyvandarlıq və digər təsərrüfat sahələrində məhsuldarlığın ilbəil artdığını diqqətə çatdırıb.
   Digər çıxış edənlər aqrar sahənin inkişafının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edərək kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik ediblər. Çıxışlarda həmçinin dövlətin kənd təsərrüfatına göstərdiyi davamlı dəstək, subsidiya mexanizmləri və yeni texnologiyaların tətbiqinin məhsuldarlığa müsbət təsiri vurğulanıb.
   Sonda kənd təsərrüfatı sahəsində fərqlənən bir qrup əməkdaşa İmişli Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.
 
 
 
 
 


 
 
 
 
 
 
 
Keçidlər